Səfir: “Aİ və ABŞ-nin “Ermənistana yardım və dəstək” konfransına hazırlaşması ikiüzlülükdür”

“Aİ və ABŞ-nin “Ermənistana yardım və dəstək” konfransına hazırlaşması ikiüzlülükdür”.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X”də yazıb.

Diplomat işğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha üç mülki şəxsin qalıqlarının tapılması məsələsinə diqqət çəkib:

“İşğaldan azad edilmiş Xocalı rayonunda erməni işğalçıları tərəfindən qətlə yetirilən daha üç mülki şəxsin qalıqları tapılıb. Azərbaycan təkbaşına erməni terroru və vandalizminin vurduğu yaraları sağaldarkən ABŞ və Aİ aprelin 5-də “Ermənistana yardım və dəstək” konfransına hazırlaşır. Sinizm və ikiüzlülük”.

Oxşar Xəbərlər