Dünya

Sənt-Etyen şəhərində erməni qatillərə qarşı etiraz nümayişi keçirilib

Movavi

Fransanın Sənt-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.

QİA.AZ xəbər verir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib, yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi insanı dəhşətə gətirir.

Bildirilir ki, hadisə rasist zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sənt-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.

Daim ağlayaraq, özlərini yazıq kimi qələmə verməyə çalışan ermənilər terrorçu xislətlərini və əməllərini artıq gizlədə bilmirlər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button