Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirir.
“QIA.AZ” əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi cənubi azərbaycanlı hücumameyli yarımmüdafiəçi Bəxtiyar Rəhmanini Bakıya gətirib.
29 yaşlı vinger bu gün “Sumqayıt”la yoxlama oyununda meydana çıxacaq.
Təcrübəli oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. O, son olaraq 2019/2020 mövsümündə “Sanat Naft Abadan” klubunun formasını geyinib.