Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub

İyl20,2021

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Oxşar Xəbərlər