Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“QİA.AZ” xəbər verir ki, sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Zaur Qasım oğlu Abdullayevə
general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə
general-mayor Yusif Həsən oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.