“Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib, beynəlxalq tərəfdaşlıq, beynəlxalq biznes artıq işğaldan azad olunmuş torpaqlara dəvət edilməkdədir”.
“QİA.AZ” xəbər verir ki, bunu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu deyən səfir vurğulayıb ki, birgə əməkdaşlıq çərçivəsində qabaqcıl müasir rəqəmsal texnologiyalar gətirilməsi planlaşdırılır:
“Ümid edək ki, bu sahədə də biznes komponenti Azərbaycanla Avropa İttifaqı arasında güclənəcək”.