Səfir: “Azərbaycan İƏT-də Kəşmir məsələsi üzrə əlaqə qrupunun fəal üzvüdür”

“Azərbaycan həmişə Kəşmir məsələsində aydın və sarsılmaz mövqedə olub, bütün məsələlərdə Pakistanın yanında olub. O cümlədən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) Kəşmir məsələsi üzrə əlaqə qrupunun fəal üzvüdür”.

“QİA.AZ” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

“Bu gün dünya koronavirus pandemiyası ilə qarşılaşıb, buna görə karantin tədbirləri tətbiq edilib. İndi təsəvvür edin ki, bütöv bir millət uzun müddətdir dünyadan tamamilə təcrid olunmuş, normal həyat üçün bütün təməl hüquqlardan, o cümlədən təhsil, tibb, məlumat əldə etmə azadlığı hüquqlarından məhrum edilmiş haldadır. Bəlkə də bu, zəmanəmizin ən böyük faciəsidir. Azərbaycan xalqı kəşmirilərin dramını yaxşı başa düşür, çünki Azərbaycanın özü işğalın qurbanı olub. Ümid edirik ki, indi sizin zəfəri qeyd edib sevindiyiniz kimi, bir gün də hazırda Hindistanın işğalı altında olan kəşmirlilər sevinər”, – səfir bildirib.

Oxşar Xəbərlər