“Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda insanların həyatını xilas edəcək”.
“QİA.AZ” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.
Səfir Azərbaycanın COVAX (COVID-19 ilə mübarizə üçün vəsaitlərin sürətləndirilməsi təşəbbüsü) vasitəsi ilə 500 min doza “AstraZeneca/Oxford” peyvəndi alacağını eşitməyin xoş olduğunu qeyd edib.
Daha əvvəl COVAX platforması ölkələr arasında koronavirus əleyhinə peyvəndin bölüşdürülməsi üzrə proqnozunu dərc edib.
Peyvəndlərin dünyanın 145 ölkəsinə paylanılması fevral ayında həyata keçiriləcək. Aşılar hər ölkədəki əhalinin təxminən 3,3 %-ni peyvəndləmək üçün kifayət edəcək.
Peyvəndin bölüşdürülməsinin bu ilin iyun ayına qədər tamamlanması planlaşdırılır.