Səfir Pakistan-Azərbaycan əməkdaşlığı üçün potensial sahələri açıqlayıb

İyl7,2021

“Pakistan və Azərbaycan şirkətlərini yeni açılan İqtisadi Əməkdaşlıq Palatasına qoşulmağa çağırırıq. Çünki əməkdaşlıq üçün nəhəng potensial var”.

QİA.AZ xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib.

Diplomat iki ölkə arasında kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, startaplar, eləcə də turizm sektorunda əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hər iki ölkənin bir-birinə təklif etmək üçün bir çox əməkdaşlıq imkanları var.

Oxşar Xəbərlər