Şəhid ailələri və müharibə əlillərinə mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

Nazirlikdən “QİA.az”a bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevvə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Nazir son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamının bu istiqamətdə mühüm irəliləyişlərə imkan yaratdığını diqqətə çatdıranS.BabayevSərəncamla 2021-2025-ci illərdəşəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini deyib. Qeyd edib ki, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

Nazir bildirib ki, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev verilib.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatından bəhs edən S.Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə indiyədək 7200-dən çox avtomobilin müharibə əlillərinə verildiyini, bu tədbirlərin də davam edəcəyini diqqətə çatdırıb. O,dövlət başçısının göstərişi ilə müharibədən sonrakı dövrdə şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi barədə məlumat verib.

Yeni mənzillə təmin olunanlar Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələridir.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri tarixi Zəfərimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər