Şəhid ailəsi ziyarət edildi

Fev21,2021

 Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, şəhid ailələri və qazilərimizlə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.

Fevralın 20-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Vətən Müharibəsi şəhidi Ramazanlı Əlzamin Umud oğlunun Bərdə rayon Şirvanlı kənd qəbiristanlığında uyuduğu müqəddəs məkan ziyarət edildi. 

Xocalı rayon İcra Hakimiyyətindən “QİA.AZ” a verilən məlumata görə, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş igid döyüşçümüzün məzarı üstünə qərənfillər düzüldü, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna dualar oxundu. Şəhidimizin əmisi Mahmud Ramazanovla görüş zamanı onun valideynlərinə, yaxınlarına başsağlığı verildi, şəhid ailəsinin problemləri ilə maraqlanıldı.

        Qeyd edildi ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov tərəfindən hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərilir. Şəhidlər Vətən üçün, torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Bizim edəcəyimiz isə onları daim yad etmək, ailələrinə maddi və mənəvi dəstəyimizi əsirgəməməkdir.

Oxşar Xəbərlər