Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub

İyl17,2021

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

QİA.AZ-ın məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Oxşar Xəbərlər