Şəhidlər unudulmur, unudulmayacaq da…

Yan19,2021
Şəhidlər unudulmur, unudulmayacaq da…

DİN Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatınıitirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində görüş keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərləmaraqlanılıb. Onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiqtədbirlərin görüləcəyi və müraciətlərin nəzarətdə saxlanılacağı qeyd edilib.

Şəhid ailələri 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinindövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinəhər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət vəqayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə maddi yardım təqdim olunub.

Oxşar Xəbərlər