Ötən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın “Guardian” nəşrinin günün fotoları sırasında yer alıb.
“QİA.AZ” xəbər verir ki, yanvarın 20-də çəkilmiş fotonun müəllifi Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.
“İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər”, – fotonun təsvirində qeyd olunub.