” Zəfər Yolunda ” kitabının təqdimat mərasimi keçirilib-FOTO

İyl13,2021

Bu gün 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında igidlik göstərərək şəhid olmuş oğullarımızın döyüş yolundan bəhs edən, şəhidlik zirvəsinə ucalmış Cəbrayılın qəhrəman oğullarına həsr edilmiş
” Zəfər Yolunda ” kitabının təqdimatı keçirilmişdir.
QİA.AZ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, kitabın müəllifləri İsmayil İmanzadə və Tariyel Abbasov, rayon ziyalısı Əlirza Xələfli, şəhid ailələri və s. iştirak edərək öz təəssüratlarını bölüşmüşlər.
Millət vəkili Ceyhun Məmmədov çıxışında şəhidlik məqamının müqəddəsliyindən danışaraq, Vətən şəhidlərinin adının belə bir kitabda əbədiləşdirilməsinin, zəfər tariximizə yazılmasının yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların sabahın mərd və cəsur Vətən müdafiəçiləri olmasını qeyd etdi və kitabın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.
Oxucuların ixtiyarına verilən bu kitab şəhidlərin ruhuna böyük ehtiram, onların daim qəlblərimizdə əbədi yaşayacağına sübutdur. Kitabda adları keçən qəhrəmanların hər biri ölümsüzlük qazanmış qəhrəmanlardır. Onlar həm də hər bir gəncə əyani nümunədir.
Allahdan şəhidlərimizə rəhmət diləyirik.

Oxşar Xəbərlər