“Səhliyalı” şirkəti qazi ailəsinin övladının doğum və müalicə xərclərini ödədi-FOTO

Mar10,2021

Qarabağ qazisi övladının doğum xərclərini “Səhliyalı” şirkəti tərəfindən ödənilib.

QİA.AZ xəbər verir ki, bununla bağlı məlumatı şirkətin  mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev öz şəxsi facebook səhifəsində paylaşıb. O bildirib ki, 3 gün əvvəl Qarabağ döyüşlərinin qazisi, 2-ci qrup əlil Bayramov İlkin Aydın oğlunun yaxın günlərdə övladı dünyaya gələcəyi, lakin ailənin müayinə və doğuş xərclərini qarşılamaq üçün maddi imkanının olmadığı barədə status yazıb. “Səhliyalı” şirkətinin rəhbərliyinə bu barədə məlumat verdikdən sonra qazimizin xanımının doğum öncəsi müayinə və bütün doğuş xərclərinin şirkət tərəfindən qarşılanacağı barədə qərar verilib.  Qeyd edək ki, ayın 9-u gecə saatlarında qazimizin oğlan övladı özəl klinikalardan birində dünyaya gəlib.

Oxşar Xəbərlər