Şəki Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir.
“QİA.az”ın əldə etdiyi məlumata görə, Milli Məclisə “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəd daxil olub.
Sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq.