Şəkidə örüşdə çaqqal 64 yaşlı kişiyə hücum edib.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində mal-qara üçün ayrılmış örüşdə baş verib.
1960-cı il təvəllüdlü, Böyük Dəhnə kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən evə aparmaq istəyən zaman ona çaqqal hücum edərək sağ ayağın baldır nahiyəsindən xəsarət yetirib.
N. İsmayılov özünü müdafiə etmək üçün çaqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.