Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində işə başlayıb

İyl12,2021

Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində (BNA) işə başlayıb.

QİA.AZ xəbər verir ki, bu barədə o, özü məlumat verib.

“Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim, BNA oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi Mətbuat katibi funksiyalarını davam etdirəcək”, – deyə o, qeyd edib.

Oxşar Xəbərlər