Şəmkirdə yabanı halda bitən 24 ton 803 kiloqram çətənə bitkisi məhv edilib.
QİA.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayon ərazisində yabanı halda bitən 24 ton 803 kiloqram çəkidə 25 181 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.