Şəmkirdə 59 yaşlı kişi həmyerlisini bıçaqlayıb

İyn24,2021

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“QİA.az”ın məlumatına görə, hadisə Zəyəm qəsəbəsində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bıçaqla xəsarət yetirib. Ş.Qurbanov əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar Xəbərlər