Şəmkirdə qətl törədən 17 yaşlı gəncin məhkəməsi başlayır

Apr6,2021
Şəmkirdə qətl törədən 17 yaşlı gəncin məhkəməsi başlayır
Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Hüseynov Rəvan Eynur oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“QIA.az” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nural Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 5-də baş verib.

Şəmkir şəhər sakini, 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsi müəyyən edilib.

Rəvan Hüseynova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Oxşar Xəbərlər