Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

İyl22,2021

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb.

Daxili İşlər Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb.

Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə – kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər