“İctimai nəqliyyatın işləməsi və şənbə günləri ilə bağlı bütün məktəblərə sorğu göndərərək araşıdırma aparmışıq”.
“QİA.AZ” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
“Sorğuların cavabında görünən ondan ibarətdir ki, bu ciddi problem deyil. Bir çox hallarda əsasən kənarlarda olan məktəblərimizə uşaqlar ictimai nəqliyyatla getmirlər, onların əksəriyyəti həmin icmanın ətrafında yaşayan insanlardır”, – nazir vurğulayıb.