Şənbə günü Bakıda dezinfeksiya işləri aparılacaq

Apr23,2021

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə “QİA.az”a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – məlumatda qeyd olunub.

Oxşar Xəbərlər