Avqustun 07-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-39° isti olacaq.
Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 07-də Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°,
bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq.