Sərhədçi olmaq istəyənlərin diqqətinə

Dek7,2020
Sərhədçi olmaq istəyənlərin diqqətinə

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

QİA.AZ bildirib ki, DSX-nin Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, DSX-də həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
  • 35 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

  • Həkim-terapevt;
  • Həkim-ümumi cərrah;
  • Həkim-stomatoloq;
  • Həkim-sanepidemioloq;
  • Həkim-dermatoloq;
  • Həkim-infeksionist;
  • Həkim-otolarinqoloq;
  • Həkim-laborant;
  • Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
  • Feldşer;
  • Feldşer-laborant;
  • Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Oxşar Xəbərlər