Səudiyyə Ərəbistanında şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində Məkkə və Mədinə şəhərlərini su basıb.
AZƏRTAC “Mash” nəşrinə istinadla xəbər verir ki, güclü yağışlardan sonra yollar çaya çevrilib və şəhərlərin infrastrukturuna ciddi zərər dəyib.
Səudiyyə Ərəbistanının Meteorologiya xidməti Məkkə, Mədinə və Ciddə şəhərləri üçün qırmızı təhlükə səviyyəsi elan edib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında İspaniyanın Valensiya şəhəri də daşqınların təsirinə məruz qalmışdı.