Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən QİA.AZ-a verilən məlumata görə, azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.