S-400-lərlə bağlı Rusiya və Türkiyə arasında yeni müqavilə imzalana bilər

Rusiya və Türkiyə arasında Rusiyanın istehsalı olan S-400 zenit-raket kompleksləri ilə bağlı yeni müqavilə imzalana bilər.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumunda çıxışı zamanı bildirib.

“Yaxın günlərdə S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyə və Rusiya arasında yeni kontrakt imzalana bilər. Konsultasiyalar yekun mərhələdə davam etdirilir”, – o qeyd edib.

Mixeevin sözlərinə görə, “IDEF-2021” hərbi sərgisi zamanı uğura nail olunub.

Qeyd edək ki, 2017-ci ildə Rusiya və Türkiyə arasında S-400-lərlə bağlı müqavilə imzalanmışdı.

Oxşar Xəbərlər