Rusiyanın “S7” aviaşirkəti Azərbaycanda həyata keçirdiyi aviareyslərin sayını artırır.
QİA.AZ şirkətə istinadla xəbər verir ki, şirkət gələn aydan ölkənin 8 şəhərindən Bakıya uçuşlar realladıracaq.
Söhbət paytaxt Moskva, eləcə də Həştərxan, Volqoqrad, Krasnodar, Krasnoyarsk, Mineralnıye Vodı, Novosibirsk və Samara şəhərlərindən gedir. Bu şəhərlərdən Azərbaycan paytaxtına aviareyskər “Airbus A320” markalı təyyarələrlə həyata keçiriləcək.
Xatırladaq ki, “S7” Rusiya da daxil olmaqla 130 istiqamətdə aviareyslər həyata keçirir.