Region

Saakaşvilinin lideri olduğu partiyaya yeni sədr seçilib

Movavi

Nika Meliya Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri seçilib.

“QİA.AZ” xəbər verir ki, onun sədrliyi partiyanın bu gün keçirilən qurultayında təsdiqlənib.

Tədbirə partiyanın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də canlı videobağlantı ilə qatılıb.

Sədr seçkiləri elektron səsvermə yolu ilə keçirilib. N.Meliya prosesdə iştirak edən 20 779 nəfərin 64,9% səsini əldə edərək sədrliyə digər namizəd Levan Varşalomidzeni (35,1%) geridə qoyub.

Xatırladaq ki, VMHP-nin 2017-ci ildən sədri Qriqol Vaşadze olub. O, bu ilin dekabrın 15-də istefa verib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button