Saatlıda yanğın olub, xəsarət alan var

Mar29,2021 #Saatlı
Saatlı yanğın

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “QİA.az”a daxil olan məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

QİA.az

Oxşar Xəbərlər