Sabah bəzi rayonlarda yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Mar3,2024

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxşar Xəbərlər