Sabah hava necə olacaq? – 20 may

Sabah hava necə olacaq? - 20 may

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin “QİA.az”a verdiyi məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 26-31, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 20-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Oxşar Xəbərlər