Sabah Orduda andiçmə mərasimləri keçiriləcək

Avq7,2021

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayacaq. Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcəkdir.

Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılacaq.

Oxşar Xəbərlər