Sabahdan 165 saylı marşrutdakı avtobuslarda gediş haqqı kartla olacaq

Avq24,2021

25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs (Qarant Yaşayış Kompleksi) – A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
Binəqədi qəsəbə mərkəzi
Binəqədi qəs. (“Muxtar” marketin yaxınlığı)
Binəqədi qəs. (Novxanı yolu)
Binəqədi şos. (Svetoforun yanı)
Rəsulzadə qəs. (Park)

Oxşar Xəbərlər