Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

“QİA.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

         Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Oxşar Xəbərlər