“Güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik və belə də oldu”.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqası II təsnifat mərhələsində “Makkabi” ilə cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib.
“Bu iki oyundan qabaq heç kim bizim qalib gələcəyimizə inanmırdı. İlk andan etibarən inanırdım ki, yaxşı oynasaq keçə bilərik. Səmimi şəkildə deyə bilərəm ki, “Makabi” bizdən yaxşı çıxış etdi. Oyunçularımı təbrik edirəm, onlar qəhrəmandırlar. Aslanlar kimi savaşdılar. Müdafiə xəttində çox kobud səhvlər etdik. Bunu qəbul edirəm. Yeni mövsüm üçün ən azı bir müdafiəçi transfer etmək istəyirik”.