“Sabah”ın sabiq futbolçusu: “Makkabi” təcrübəli komandadır, lakin keçmiş klubuma inanıram

“Sabah” tarixinin ən vacib oyunlarından birinə çıxacaq. Sabiq komandama bugünkü “Makkabi” (Hayfa) ilə oyunda çox inanıram”.

Bu sözləri QİA.az-a açıqlamasında “Sabah”ın sabiq müdafiəçisi Abdulaye Ba keçmiş komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” kollektivinə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Seneqallı futbolçu İsrail təmsilçisinin təcrübəli komanda olduğunu bildirib: “Onlar beynəlxalq arenada böyük oyunlara öyrəşiblər. Həmçinin də “Makkabi” çempionluq titulu olan komandadır. “Sabah”ı iki çətin qarşılaşma gözləyir. Lakin “tələbələr”ə çox inanıram. Heyətlərində güclü oyunçular var. Həmin adlar matçın taleyini dəyişdirmək gücündədirlər”.

34 yaşlı A. Ba “Sabah”ın parlaq oyun nümayiş etdirməsinin deyil, mərhələni adlamağın tərafdarı olduğunu vurğulayıb: “Ən önəmlisi nəticədir. Azarkeşlər üçün yaxşı oyun nümayiş etdirmək olar. Lakin növbəti mərhələyə vəsiqə qazanmaq isə tam başqa hissdir”.

Qeyd edək ki, Abdulaye Ba 2022-2023-cü illər mövsümündə “Sabah”da oynayıb.

Oxşar Xəbərlər