“Sabah”ın U-13 komandası “Ravenna Cup”da 5-ci olub

Apr2,2024

İtaliyanın Ravenna şəhərində keçirilən “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası 5-ci yeri tutub.

QİA.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz pley-off mərhələsində İtaliyanın “Monteserra” klubu ilə qarşılaşıb.

Qolsuz başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub.

“Monteserra” yarışın qalibi olub, “Sabah” isə “Ravenna Cup”u 35 komanda arasında 5-ci pillədə başa vurub.

Oxşar Xəbərlər