“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edilib

May11,2021 #Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib.

“QİA.az” xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz#sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür.

Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən edilmiş qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə 21 may 2021-ci ildə yekunlaşacaq.

Oxşar Xəbərlər