Sabirabad və Goranboyda yanğın olub

May2,2021 #Goranboy #Sabirabad #yanğın

Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 112 m² olan tavanı qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.

Bu barədə “QİA.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda, Goranboy rayonunun Qaraçinar kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər