Sabirabadda evdə yanğın zamanı ana və iki övladı yanaraq ölüb

İyn3,2021

Sabirabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Zəngənə kəndində qeydə alınıb. Belə ki, kəndddə fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisə zamanı evdə olan 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı və onun övladları, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu, 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Emin oğlu yanaraq ölüb.

Yanğın FHN-in Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən söndürülüb.

Məlumata görə, hadisə baş verən zaman çiy kərpicdən tikilmiş fərdi yaşayış evi uçub, ana və övladları altında qalıb. Yanğın zamanı hər üç şəxs yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər