Sabirabadda “KamAZ” aşıb, xəsarət alanlar var

May2,2021 #Kamaz #Sabirabad

Sabirabad rayonunun Şəhriyar kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

“QİA.az”ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar Xəbərlər