Sabirabadda “Mercedes”lə “Niva”nın toqquşdu: Xəsarət alanlar var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə rayonun Məmişlər kəndi ərazisində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil “Niva” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan üç nəfər – Elmar Mirzəyev, Günel Əliyeva və Rəsul  Muradov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər