Sabirabadda qəza: Xəsarət alanlar var

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əlisoltanlı kənd sakinləri – 1953-cü il təvəllüdlü Əli Əliqulu oğlu Nəzərov və 1970-ci il təvəllüdlü Məhərrəm Təhməz oğlu İslamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər