Sabirabadda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

QİA.az xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Oxşar Xəbərlər