Sabirabad rayonunda xuliqanlıq hadisəsi olub.
Bu barədə “QİA.az“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 22-də rayonun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.