Sabirabadda tüfənglə havaya atəş açan şəxs tutulub

Mar24,2021

Sabirabad rayonunda xuliqanlıq hadisəsi olub.

Bu barədə “QİA.az“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 22-də rayonun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Oxşar Xəbərlər